Qış fasiləsi yaranmamış "Keşlə"də futbolçuların taleyinə bir-bir aydınlıq gəlir. Matç.az saytının məlumatına görə, daha iki oyunçu ilə bağlı qərar verilib.

Baş məşqçi Tərlan Əhmədov əsas heyətə düşə bilməyən əcnəbi futbolçuların qalmasının əleyhinədi. Bu mənada yarımmüdafiəçi Diallo Quidileye ilə yolların ayrılması planlaşdırılır. Oktyabrın 1-də azad agent kimi paytaxt klubunun heyətinə cəlb edilən Mavritaniya millisinin orta sahə oyunçusu ümidləri doğrulda bilmir. 29 yaşlı futbolçunun müqavilə müddəti mövsümün sonuna qədər olsa da, rəhbərlik yaxın günlərdə onunla yolları ayırmaq niyyətindədi.

Əvəzində yerli oyunçu Ruslan Nəsirliyə ümidlər böyükdü. Məşqçilər korpusu cari mövsümün əvvəlində bakılılara qoşulan 23 yaşlı yarımmüdafiəçidən məmnundu. Bu üzdən Nəsirli gələn yaya qədər olan sözləşməsinin müddətini uzadacaq.

Qeyd edək ki, "Keşlə" kamerunlu yarımmüdafiəçi Herve Tçamini də qış fasiləsində yola salmağa hazırlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest