Futbol üzrə Kabo-Verde millisinin Andorra və Qvineya yığmaları ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, baş məşqçi Pedro Leytao Brito (Bubista) 27 oyunçuya dəvət göndərib.
 
Onların arasında "Qarabağ"ın yeni transferi Patrik Andrade də var. 27 yaşlı yarımmüdafəçi ilk dəfə milli komandaya çağırılıb.
 
Qeyd edək ki, Kabo-Verde Andorra ilə oktyabrın 7-də, Qvineya ilə oktyabrın 10-da qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest