"Barselona" "Xirona" ilə La Liqa görüşünün ABŞ-da keçirilməsindən imtina edib. Matç.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, adıçəkilən qarşılaşma Mayamida oynanılmayacaq: "Klub tərəflərin bu təkliflə bağlı razılığa gələ bilmədiklərini başa düşür və görüşün Mayamidə keçirilməsindən imtina edir. Biz bu matçın iştirakçısı olmağa hazır idik. Bunun faydalarını bilirdik. Ancaq razılıq əldə edilmədiyindən, layihə həyata keçirilə bilməz".

Qeyd edək ki, öncədən əldə edilən razılığa əsasən, "Xirona" - "Barselona" qarşılaşması yanvarın 27-də Mayamida baş tutmalı idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest