Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda Premyer Liqanın IV turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.  

 "Səbail" – "Sabah" oyununda hər iki komanda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. "Zirə" də eyni cəriməyə məruz qalıb. Belə ki, "Keşlə" ilə görüşdə qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. "Qəbələ" ilə oyundan öncə təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün "Neftçi"  400 manat cərimə olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest