Rusiya Premyer Liqasında ilk dövrənin ən yaxşı 22 futbolçusu seçilib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, həmkarlarımız iki "11-lik" müəyyənləşdirib.

"Rostov"da çıxış edən azərbaycanlı oyunçu Ayaz Quliyev rəmzi komandanın ehtiyat heyətinə düşüb. Yerli KİV əsas heyəti 4-2-4, ehtiyat qüvvəni isə 4-3-3 sxeminə əsasən qurub. "Zenit"in hücumçusu Fyodr çalovun alternativi sayılan Quliyev ən kreativ oyunçulardan biri hesab edilir. 22 yaşlı futbolçu 14 matçda meydana çıxıb, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Rostov"un ən təhlükəli siması kimi göstərilən Ayaz orta hesabla hər 90 dəqiqədə 2,9 zərbə vurub. Zərbələrin 1,1-i dəqiq olub ki, bu baxımdan o, ikincidi. Bundan başqa, kritik ötürmələrdə həmyerlimiz üçüncü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest