"Hələlik ortada rəsmi anlaşma yoxdu. İnanırıq ki, qarşıdakı günlərdə razılıq əldə olunacaq. Belə olarsa, onunla müqavilə bağlanacaq. "Arsenal"la matçdan sonra danışıqları yekunlaşdırmağı planlaşdırırıq"

"Qarabağ" "Aktobe"nin hücumçusu Reynaldo Silva ilə danışıqları davam etdirir. Bu barədə matç.az saytına açıqlamasında "Qarabağ"ın direktoru Əmrah çəlikəl məlumat verib.

Ağdam klubu sabiq forvardını qaytarmağa çox yaxındı. çəlikəl "Aktobe" ilə müqavilə müddəti başa çatan və azad agent statusu daşıyan "sambaçı" ilə yaxın günlərdə orta məxrəcə gələcəklərini istisna etməyib: "Reynaldo ilə danışıqlarımız davam edir. Hələlik ortada rəsmi anlaşma yoxdu. İnanırıq ki, qarşıdakı günlərdə razılıq əldə olunacaq. Belə olarsa, onunla müqavilə bağlanacaq. "Arsenal"la matçdan sonra danışıqları yekunlaşdırmağı planlaşdırırıq".

Qeyd edək ki, Reynaldo Silva 2013-2017-ci illərdə "Qarabağ"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest