Niderlandın "Ayaks" klubunun müdafiəçisi Serjinyo Destin "Barselona"ya transferi rəsmiləşib.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
 
19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. "Barselona" bu transfer üçün 21 milyon avro və bonus olaraq 5 milyon avro ödəyəcək.
 
La Liqa təmsilçisi amerikalı oyunçuya 400 milyon avro təzminat qiyməti qoyub.
 
Qeyd edək ki, Dest ötən mövsüm 36 matçda 2 qol vurub, 6 qolun ötürməsini verib. Serjinyo "Ayaks"ın öz yetirməsidir. O, Niderlandın Almere şəhərində dünyaya göz açsa da, ABŞ vətəndaşlığını daşıyır və bu ölkənin milli komandasının formasını daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest