"Everton" İngiltərə Liqa Kubokunun 1/8 finalında "Vest Hem"i 4:1 hesabı ilə məğlub etməklə növbəti mərhələyə yüksəlib.
 
Matc.az xəbər verir ki, bu, sözügedən komandanın cari mövsümdə ardıcıl altıncı qələbəsi olub.
 
Bununla da "Everton" 81 il sonra öz rekordunu yeniləyib.
 
"Everton" tarixi ərzində sonuncu dəfə belə nəticəni 1938/39 mövsümündə göstərib. Həmin vaxt klub Premyer Liqa qalibi olub və Liqa kubokunu da qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest