Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın "Latsio" klubunun müdafiəçisi Uolles Fortuna dos Santosu transfer edib.
 
Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı braziliyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Uolles 2016-cı ildən "Latsio"da çıxış edirdi. O, geridə qalan mövsümü "Braqa"da icarədə keçirib. "Kruzeyro"nun yetirməsi olan futbolçu "Monako"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest