"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi mövsümün sonunda komandasını dəyişəcək. Matç.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya klubunun idman direktoru Hasan Salihamidziç deyib.

O bildirib ki, fransalı futbolçunun gələn yaya qədər olan müqavilə müddəti yenilənməyəcək: "ötən həftə klub prezidenti Uli Heness azarkeşlərlə görüşdə bunu bildirdi. Məncə, belə də olacaq. Mövsümün sonu bizim üçün dəyişikliklər ili olacaq. Ancaq Frank da çox yaxşı oynayır, bizim liderlərimizdən biridi".

Qeyd edək ki, 2007-ci ildən "Bavariya"nın formasını geyinən Frank Riberi bu mövsüm 19 oyunda 2 qola imza atıb. Bir neçə gün əvvəl isə digər aparıcı futbolçu Aryen Robbenin də mövsümün sonunda komandadan ayrılacağı açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest