Millətlər Liqasında Azərbaycan və Lüksemburq komandaları ilə qarşılaşacaq Kipr millisinin heyətində dəyişiklik olacaq.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın İngiltərənin "Nottingem Forest" klubunda çıxış edən futbolçusu Nikolas Yoannu heyətə çağırılsa da, gələ bilməyəcək.

Məıumata görə, baş məşqçi Yohan Valem onun əvəzinə heyətə başqa oyunçu cəlb edəcək.

Qeyd edək ki, Kipr ayın 10-da Lüksemburqun, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest