Azərbaycan U21 millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, Nitrada keçiriləcək görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kristoffer Hagenes, köməkçiləri isə Anders Olav Dale və İsaak Elias Skyeset Başevkin olacaq. Dördüncü hakim funksiyasını Rohit Saqqi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest