"Liverpul" qapıçısı Alisson Bekkerin xidmətindən məhrum olub.
 
Matc.az xəbər verir ki, braziliyalı qolkiper çiynindən zədələndiyi üçün ötən gecə "Aston Villa" ilə İngiltərə Premyer Liqasının 4-cü tur matçında oynaya bilməyib.
 
"Liverpul"un baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında bildirib ki, Alisson oyundan bir gün əvvəl məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb. Alman mütəxəssis milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə müddətində futbolçunun sağalacağına ümid etdiyini vurğulayıb.
 
28 yaşlı qapıçı Braziliya yığmasının heyətində Boliviya və Peru ilə Dç-2022-nin seçmə mərhələ oyunlarını buraxmalı olacaq. Bu mövsüm Bekker "Liverpul"un heyətində 4 oyuna 5 qol buraxıb. Komandası onun yoxluğunda "Aston Villa"ya 2:7 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest