İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi "Norviç Siti"dən Ben Qodfrini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
İngiltərə mətbuatının xəbərinə görə, "Everton" Qodfri üçün "Norviç"ə 22 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest