Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi "Portu"dan Danilo Pereyranı heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı portuqal yarımmüdafiəçi 2020/21 mövsümünü icarə əsasında PSJ-də keçirəcək. Fransa klubu mövsümün sonunda Danilonun transfer hüquqlarını ala bilər.
 
Dayaq yarımmüdafiəçisi olan Danilo "Eştoril"in yetirməsidir. 2015-ci ildən "Portu"da çıxış edən futbolçu Portuqaliya yığmasının da üzvüdür. 2015-ci ildə "Maritimo"dan 4.5 milyon avroya transfer olunan Danilo "Porto"da 202 oyunda 19 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest