İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Portu"nun sol cinah müdafiəçisi Aleks Tellesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı braziliyalı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
 
İngiltərə mətbuatının yazdığına görə, "qırmızı şeytanlar" bu transfer üçün "Portu"ya 15 milyon avro ödəyib. Portuqaliya klubu 3 milyon bonus da əldə etmək şansına malikdir. 
 
Telles "Portu"ya 2016-cı ildə "Qalatasaray"dan, 6.5 milyon avro qarşılığında transfer olunmuşdu. Həmin vaxt tərəflər arasındakı müqaviləyə əsasən, Tellesin gələcəkdəki satışından əldə olunacaq gəlirin 10 faizi də Türkiyə klubuna çatmalı idi. Bu isə o deməkdir ki, "Portu" Tellesin MY-yə satışından əldə edəcəyi gəlirdən "Qalatasaray"a da pay ödəyəcək.
 
Peşəkar karyerasına "Yuventude" klubunda başlayan Telles, "Qremio" və "İnter"də (Milan) də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest