Bu gün futzal üzrə Dç-2020-nin Avropa zonası üzrə ilkin və əsas seçmə mərhələlərinin püşkatma mərasimi keçirilib. Matç.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutan tədbirdə rekord sayda 48 komanda iştirak edib.

Onlardan 32-si ilkin raundda mübarizə aparacaq. Bu yığmalar hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb.

İlkin mərhələnin matçları gələn il yanvarın 29-dan fevralın 3-dək keçiriləcək. Hər qrupda ilk 2 yerin sahibi əsas raunda yüksələcək.

A qrupu: Latviya*, İngiltərə, Kipr, Cəbəllütariq

B qrupu: Belarus*, Norveç, Kosovo, Andorra

C qrupu: Makedoniya*, Albaniya, Yunanıstan, San-Marino

D qrupu: Gürcüstan*, Danimarka, Almaniya, İsrail

E qrupu: Belçika, İsveç*, Ermənistan, Malta

F qrupu: Bosniya və Herseqovina*, Türkiyə, İsveçrə, Şotlandiya

G qrupu: Hollandiya, Monteneqro, Bolqarıstan*, Estoniya

H qrupu: Finlandiya, Moldova*, Uels, Şimali İrlandiya

* - meydan sahiblərini göstərir.

Ən yüksək reytinqə malik 16 komanda, o cümlədən Azərbaycan millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Bu raundda da 32 komanda 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yığmamız 3-cü qrupda yer alıb. Komandamız Slovakiya, həmçinin ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə mübarizə aparacaq.

H qrupunda Finlandiya, meydan sahibi Moldova, Uels və Şimali İrlandiya qüvvəsini sınayacaq. G qrupunda Hollandiya, Monteneqro, Estoniya və meydan sahibi Bolqarıstan yer alıb.

1-ci qrup: İspaniya, Polşa*, D1, H2

2-ci qrup: Ukrayna*, Sloveniya, C1, B2

3-cü qrup: Azərbaycan*, Slovakiya, H1, G2

4-cü qrup: İtaliya*, Macarıstan, B1, A2

5-ci qrup: Qazaxıstan, Ruminiya*, G1, C2

6-cı qrup: Serbiya, Fransa*, E1, F2

7-ci qrup: Rusiya, Xorvatiya*, F1, E2

8-ci qrup: Portuqaliya*, çexiya, A1, D2

2019-cu il oktyabrın 22-dən 27-dək keçiriləcək əsas mərhələdə millimizin qrupunun oyunları Bakıda keçiriləcək. Əsas mərhələdən elit raunda hər qrupdan 2 ən yüksək nəticə qazanmış komanda vəsiqə qazanacaq.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi Litvada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest