"Qrupda 1-ci yerlə bağlı məsələnin taleyini həll etməliyik. Milliyə dəvət mənim üçün böyük təcrübə və karyeramda irəliyə doğru addımdır".

"Millətlər Liqasına yaxşı başlamışıq, Azərbaycan və Lüksemburqla 2 vacib oyunumuz var".

Matc.az xəbər verir ki, bu sözləri Monteneqro seçməsinin oyunçusu Daniel Petkoviç UEFA Millətlər Liqasında Azərbaycan və Lüksemburqla keçirəcəkləri matçlar barədə danışarkən deyib.

27 yaşlı qapıçı hər iki matçı evdə oynayacaqları üçün üstün olduqlarını bildirib: "Qrupda 1-ci yerlə bağlı məsələnin taleyini həll etməliyik. Milliyə dəvət mənim üçün böyük təcrübə və karyeramda irəliyə doğru addımdır. Buna görə məmnunam və özümü yaxşı tərəfdən göstərib, yığmanın yaxşı nəticə qazanmasına kömək etmək istəyirəm".

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Monteneqro - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest