Hər iki oyunda heç-heçə millinin aktivini 3,4 xal artırmasına imkan yaradacaq. Monteneqro ilə "sülh" 2,7, Kiprlə bərabərlik isə 0,7 xal dəyərindədi.

Millətlər Liqasında növbəti iki oyunun Azərbaycan yığmasının FIFA reytinqinə mümkün təsirləri məlum olub. Matc.az xəbər verir ki, Monteneqro və Kiprlə qarşılaşacaq komandamız hər iki görüşü qələbə ilə başa vursa, aktivinə 18,4 xal əlavə edəcək. Monteneqroya qarşı səfər oyunu üçün qazanc 10,2, Kiprə qarşı ev matçında qeydə alınacaq uğurlu nəticə isə 8,2 xal kimi qiymətləndirilir. Bu matçlarda qələbə milliyə bir neçə pillə irəliləmək imkanı yaradacaq.

Hər iki oyunda heç-heçə millinin aktivini 3,4 xal artırmasına imkan yaradacaq. Monteneqro ilə "sülh" 2,7, Kiprlə bərabərlik isə 0,7 xal dəyərindədi.

Hər iki görüşdə yenilgi isə hesabdan 11,6 xalın silinməsi anlamına gələcək.

ümumilikdə (bəzi yuvarlaqlaşdırmalarla), hazırda 1179 xalı olan millimizin sözügedən matçlardan sonra maksimum xalı 1198, minimim xalı isə 1168 ola bilər.

Yığma oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra Kipri qəbul edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest