"Neftçi" sənədləşmədə kökündən dəyişdirilsə də, şəxsi əllərə keçsə də, SOCAR, Azərbaycan şərtlərinə uyğun baş sponsor kimi kluba dəstəyini heç zaman əsirgəməyib".

Bu fikirlər "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanova aiddir.

5 il paytaxt klubuna xidmət etmiş təcrübəli funksioner bildirib ki, "Neftçi"yə xalqın, dövlətin vəsaiti xərclənir: "Son anda klubu ələ alan və heç bir sənəddə imzaları, möhürləri olmayanlar yox, faktiki klub sahibləri cavabdehlik daşıyacaqlar.

Milyonların qarşılığında biabırçı nəticələr mənəvi yükdürsə, maliyyənin xərclənməsi, israfçılığı, dağıdılması tam başqa məsuliyyətdir.

Futboldakı bir çox pulluların aqibəti, son dövrlər dövlət strukturlarındakı islahatlar, yeyintilər, aradan çıxmalar, çıxarılan qərarlar göz önünə gətirilməlidir".

Süleymanovun fikrincə, "Neftçi"dəki yarıtmaz, "baş üstə" kadrlar cavabdehlik daşımayan futbol ideoloqlarının, rəsmi məsuliyyət isə sənədə imza atanlarındır. Gec də olsa, düşünməyə dəyər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest