Günahları sübut olunacağı təqdirdə İsrafilovun 3 il, digərləri isə 5 il müddətində azadlıqdan məhrum edilməsi mümkündü. Bundan başqa, onlar təzminat da ödəməli olacaqlar.

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq. Matc.az xəbər verir ki, o, 2016-cı ildə "Eybar"da çıxış edərkən komanda yoldaşları Serxio Enrik və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur. Hazırda "Albasete"də oynayan Eddidən başqa həmin futbolçular da məhkəmə qarşısına çıxacaq.

Günahları sübut olunacağı təqdirdə İsrafilovun 3 il, digərləri isə 5 il müddətində azadlıqdan məhrum edilməsi mümkündü. Bundan başqa, onlar təzminat da ödəməli olacaqlar.

Məsələylə bağlı məhkəmə iclası oktyabrın 14-də keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest