Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
"Keşlə-2" – "Kəpəz" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. "Keşlə"nin 37 nömrəli futbolçusu Fərid Nadirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 46-cı dəqiqəsində "Keşlə"nin 78 nömrəli oyunçusunun yerinə  protokolda adı qeyd olunmayan 54 nömrəli oyunçu meydana daxil olduğu üçün hesab olduğu kimi qalaraq, "Keşlə-2" klubuna texniki məğlubiyyət verilib və klub 400 manat cərimələnib.
 
Birinci Divizionun 1-ci turunun "Sumqayıt-2" – "Qarabağ-2" oyununda "Sumqayıt"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Sumqayıt"ın futbolçusu Nurlan Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. Oyunda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib.
 
"Neftçi-2" – "Sabah-2" oyununda "Sabah"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. "Sabah"ın futbolçusu Abbas Ağazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Qaradağ Lökbatan" – MOİK oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimələnib. "Qaradağ Lökbatan"ın "A" buraxılış vəsiqələri olmadığı üçün klub 80 manat cərimələnib.
 
"Zaqatala" – "Turan Tovuz" oyununda "Zaqatala"nın futbolçusu Rüstəm Nuruyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. "Turan Tovuz"un futbolçusu Vidadi Cəfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. "Turan Tovuz"un futbolçusu Elmir Tağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Topdaşıyan və xərəkdaşıyan şəxslər vaxtında təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest