AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb. 
 
Matc.az xəbər verir ki, Mehtiyeva Millətlər Liqasının qrup mərhələsində Ukrayna və İspaniya komandaları arasındakı matçda UEFA nümayəndəsi olacaq.  
 
Qeyd edək ki, oktyabrın 13-də Kiyevdə keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest