Uğur qazanmaq istəyiriksə, Lixtenşteyn, Gürcüstan və Azərbaycan yığması kimi rəqiblərin öhdəsindən gəlməliyik. Uzun-uzadı hesablamalar aparmadan addım-addım final mərhələsinə irəliləmək niyyətindəyik.

Slovakiyanın U-21 yığmasının baş məşqçisi Adrian Qula müsahibə verib. Matç.az saytı xəbər verir ki, mütəxəssis AVRO-2021-in seçmə mərhələsinin püşkatmasını dəyərləndirib, Fransa, İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə birlikdə yer aldıqları qrup barədə fikirlərini açıqlayıb.

- Püşkatmanı necə dəyərləndirirsiz?

- Püşkün nəticəsindən razıyıq. Bu qrupdan final mərhələsinə çıxa bilərik. çox maraqlı qrupdu, bizi rəngarəng oyunlar gözləyəcək. Tsiklin startını səbirsizliklə gözləyirik.

- Püşkdən öncə arzuladığınız qrup var idi?

- Qonşularımız çexiyanın da yer aldığı bir qrup qurmuşduq. Xorvatiya, çexiya, Şotlandiya, Litva və San-Marinonu rəqib seçmişdik.

- Püşkün bizə bəxş etdiyi rəqibləri necə qiymətləndirirsiz?

- Fransa... 3-cü səbətdən isə İsveçrə düşdü. Bu komandanın müsbət keyfiyyətləri var və onlarla mübarizə aparmaq maraqlı olacaq. Uğur qazanmaq istəyiriksə, Lixtenşteyn, Gürcüstan və Azərbaycan yığması kimi rəqiblərin öhdəsindən gəlməliyik. Uzun-uzadı hesablamalar aparmadan addım-addım final mərhələsinə irəliləmək niyyətindəyik.

- Şansları necə görürsüz?

- Final mərhələsinə yalnız bir komanda birbaşa yüksəlir. İki ən yaxşı isə pley-offda oynayacaq. Hər qarşılaşma həlledicidi. Bir oyunda boşluq buraxsaq, son tsikldəki kimi çətinliklə üzləşərik. İndi vəsiqə qazanmaq daha çətindi. Bu üzdən də mümkün qədər çox xal toplamalıyıq.

- Fransa qrupun topfavoritidi?

- Onlar 1-ci səbətdən çıxıb. üstəlik bu ölkənin A yığması dünya çempionudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest