Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Zalsburq"un müdafiəçisi Kilian Ludeviqi heyətinə qatıb.
 
20 yaşlı alman futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. Kilian yeni komandasında "2" nömrəli formanı geyinəcək.
 
"Leyptsiq"in yetirməsi olan futbolçu 2018-ci ildən "Zalsburq"da olsa da, bu klubun əsas komandasında debüt şansı qazanmayıb. Bu üzdən də o, geridə qalan son iki mövsüm ərzində "Liferinq" və "Barnsli"də icarədə oynamaq məcburiyyətində qalıb.
 
Ludeviq Almaniyanın gənclərdən ibarət yığmasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest