Fransanın "Strasburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi digər elita klubu "Mets"in hücumçusu Həbib Diallonu transfer edib.
 
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
 
Bu transferə görə "Strasburq" "Mets"ə 10 milyon avro ödəyib.
 
Diallo "Mets"in öz yetirməsidir. O, 2015-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Bir müddət "Brest"də də icarədə oynamış futbolçu Seneqal yığmasının üzvüdür. "Mets"də bütövlükdə 115 matça çıxan forvard, 48 qol, 14 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest