"Fənərbaxça"nın futbolçusu Nabil Dirar koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, ondan Mərakeş millisinin düşərgəsində olduğu zaman götürülən test nümunəsi müsbət nəticə verib. Bu barədə Mərakeş Futbol Federasiyasının saytı məlumat yayıb.
 
Koronavirus səbəbindən 34 yaşlı yarımmüdafiəçi millinin heyətindən çıxarılıb. Onun əvəzinə yığmaya "Nyukasl"dan Əşrəf Lazar çağırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest