"Mövsümün əvvəlində Azərbaycandan təkliflər var idi. Ancaq həmin vaxt "Qəbələ"də qalmağa üstünlük vermişdim. Lakin sonradan "Zirə"dən təklif gəldi. Rəhbərliklə məsləhətləşib ayrılmağa qərar verdim".

"Mövsümün əvvəlində Azərbaycanın digər klublarından təkliflər var idi. Ancaq həmin vaxt "Qəbələ"də qalmağa üstünlük vermişdim. Lakin sonradan "Zirə"dən təklif gəldi. Rəhbərliklə məsləhətləşib ayrılmağa qərar verdim".

Bu sözləri matc.az saytına "Qəbələ"ni "Zirə"yə dəyişən Qismət Alıyev deyib. O, yeni komandasına keçidini maliyyə məsələsi ilə əlaqələndirməyib: "Yəqin ki, baş məşqçinin istəyi ilə heyətə cəlb olunmuşam. özü istəməsəydi, danışıqlar olmazdı. Düzdür, hələ ki Rəşad Sadıqovla heç bir danışığımız olmayıb. Ancaq yaxın vaxtda görüşəcəyik".

Alıyev paytaxt təmsilçisində forma yarışında mübarizə aparmaqdan çəkindmdiyini də vurğulayıb: "Hər komandada heyət geniş olur, "11-liy"ə düşmək asan deyil.  Ancaq bunun üçün mübarizə aparacam. Komada üçün əlimdən gələnin ən yaxşısını edəcəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest