"Azərbaycanla Albaniyada oynayacağıq. Məncə, indi məkanının heç bir fərqi yoxdur. Stadionlarda azarkeşlər olmur, hər iki tərəf üçün şərtlər eynidir".

"Yoldaşlıq görüşləri baş məşqçimizə oyunçuların hansı durumda olduqlarını görmək üçün yaxşı fürsətdir"

Matc.az xəbər verir ki, bu sözləri Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris yoldaşlıq görüşündə çexiya, UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycan yığmaları ilə keçirəcəkləri matçlar barədə danışarkən deyib. O, millimizlə oyunun yerinin dəyişdirilməsinə də toxunub:

"Azərbaycanla Albaniyada oynayacağıq. Məncə, indi məkanının heç bir fərqi yoxdur.  Stadionlarda azarkeşlər olmur, hər iki tərəf üçün şərtlər eynidir. İki oyunda da qələbə qazana bilməsək, bizim üçün sevindirici olacaq".

Qeyd edək ki, Kipr yığması bu gün çexiyanı qəbul edəcək. Komanda oktyabrın 13-də Albaniyada Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest