2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısında bəzi dəyişikliklər edilib.
 
Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar Hakimlər Komitəsinin iclasında qəbul edilib.
 
2013-cü ildən FIFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib. 2010-cu ildən FIFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib. Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FIFA-ya göndəriləcək.
 
FIFA fitnes testlərinin nəticəsindən asılı olaraq, qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişiklik olacağı təqdirdə, əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest