Niderlandın PSV klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, sözügedən klub Dortmund "Borussiya"sı ilə yollarını ayıran Mario Götseni, "çelsi"nin yarımmüdafiəçisi Marko van Ginkeli, eləcə də "Bavariya"nın yarımmüdafiəçisi Adrian Faynı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mario Götse birdəfəlik transfer olunub. 28 yaşlı alman futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. Almaniya milli komandasının da üzvü olan yarımmüdafiəçi, karyerası ərzində "Bavariya" və "Borussiya"da (Dortmund) çıxış edib.
 
Marko van Ginkellə Adrian Fayn isə mövsümün sonuna qədər icarəyə götürülüb. Van Ginkel əvvəllər də PSV-də oynayıb. O, Eyndhoven təmsilçisində 64 oyun keçirib, 31 qol, 10 məhsuldar ötürmə müəllifi olub. "çelsi"də cəmi 4 oyuna çıxan niderlandlı futbolçu, "Milan", "Stok Siti" və "Vitess" klublarının da şərəfini qoruyub.
 
Adrian Fayn isə "Bavariya"dan başqa icarə əsasında "Hamburq"un uğurları üçün çalışıb. O, bu komandada 33 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest