"Bavariya"nın yarımmüdafiəçisi Kinqsli Koman karyerasını bitirmək fikrinə düşüb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu 22 yaşlı futbolçu özü deyib.

Fransa millisinin üzvü ardıcıl zədələrdən artıq bezdiyini və əməliyyat olunmaq istəmədiyini söyləyib: "Cəmi 22 yaşım var, indiyə qədər 4 dəfə ağır zədə almışam. Ayağımdan daha bir əməliyyat keçirmək istəmirəm. Artıq kifayətdi, bezmişəm. Bu ağrıya tab gətirə bilmirəm".

"Bavariya"nın rəhbəri Karl-Haynz Rummenigge isə Komanı bu fikrindən daşındırmağa çalışacağını deyib: "Mən ona karyerasını davam etdirməyi məsləhət görürəm. Müasir futbol sürət və aqressivlik tələb edir. Bu üzdən zədədən qaçmağınız mümkün deyil. Əsas odu ki, zədədən yüksək motivasiyada qayıdasan. Koman bizim üçün önəmli futbolçudu. İnanıram ki, komandada qalacaq və bundan da yaxşı çıxış edəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest