Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində səfərdə Monteneqro ilə üz-üzə gəlib. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz liderlə qarşılaşmada 1-ci pilləyə yüksəlmək üçün çalışsa da, meydanı məğlub tərk edib. 
 
Xatırladaq ki, millimiz ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro isə səfərdə Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.
 
Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edib. Bu oyunda da meydan sahibləri inamlı qələbəyə seviniblər.
 
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
10 oktyabr
 
Monteneqro – Azərbaycan 2:0
Qol: S.Yovetiç, 9. İ.İvanoviç, 71.
Podqoritsa. Şəhər stadionu.
Baş hakim: Rikardo Benqoeçea (İspaniya).
 
Monteneqro: 12. Milan Miyatoviç, 20. Momçilo Raspopoviç, 6. İqor Vuyaçiç, 22. Marko Simiç. 2. Risto Radunoviç, 8. Marko Bakiç. 4. Nikola Vukçeviç, 21. Aleksandar Bolyeviç, 10. Stevan Yovetiç (k), 17. Sead Hakşabanoviç, 9. Dino İslamoviç
 
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Aleksandar Şofranats, 5. Darko Bulatoviç, 7. Marko Yankoviç, 11. Fatos Beçiray, 14. Deni Hoçko, 15. Marko Vukçeviç, 16. Branislav Yankoviç, 18. Neboyşa Kosoviç, 19. Miloş Raiçkoviç, 23. İqor İvanoviç
 
Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 13. Abbas Hüseynov 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 16. Elvin Camalov, 9. Əli Qurbani, 22. Rəhim Sadıxov, 19. Namik Ələsgərov
 
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov

Lüksemburq - Kirp 2:0
Qol: Sinani, 12; 26.
 
 

1

Monteneqro

3

3

0

0

5-0

9

2

Lüksemburq

3

2

0

1

4-2

6

3

Azərbaycan

3

1

0

2

2-4

3

4

Kipr

3

0

0

3

0-5

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest