Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sumqayıt" və "Qəbələ" komandaları bu gün yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, sözügedən kollektivlər Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında üz-üzə gəliblər.
 
üç qolun qeydə alındığı matç sumqayıtlıların qələbəsiylə başa çatıb – 2:1. Ayxan Abbasovun yetirmələrindən Cəmaləddin Xocaniyazovla Cavid İmamverdiyev fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest