Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Futbol üzrə Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, bosniyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlki oyunlarla müqayisədə bu dəfə fərqli oynadıq. Qarşımızda aqressiv futbol təklif edən komanda var idi. Yaxşı oynadığımızı deyə bilmərəm, amma nəticə bizim üçün çox yaxşıdır. Meydançanın istənilən səviyyədə olmaması oyunumuza təsir etdi. Qalib gəlmək vacib idi. Sevindirici haldır ki, əvəzetmələrimiz özünü doğrultdu və lazım olan qələbə qazandıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest