İspaniyanın "Atletiko" klubunun müdafiəçisi Şime Vrsalko əməliyyat olunub.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu son 2 il ərzində 3-cü dəfə sol dizindən əməliyyat olunub. 
 
Müdafiəçinin azı 2 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Xorvat futbolçu 2016-cı ildən Madrid klubunun şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest