Rusiyanın "Ufa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Premyer Liqa təmsilçisini bundan sonra Rəşid Rəhimov çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı tacik mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
 
Rəhimov Rusiyada daha öncə "Axmat", "Terek", "Amkar", "Lokomotiv" klublarını da çalışdırıb.
 
Qeyd edək ki, Rəşid Rəhimov bu postda bir neçə gün öncə istefaya göndərilmiş Vadim Yevseyevi əvəz edib. "Ufa" cari mövsümdə 10 oyuna cəmi 6 xal toplayıb və 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest