"Tottenhem"in və İngiltərə millisinin hücumçusu Harri Keyn zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Millinin düşərgəsində olan futbolçu son məşqlərin birində sıradan çıxıb. Onun bu gün keçiriləcək Belçika ilə oyunda iştirakı sual altındadır.
 
İngiltərə – Belçika matçı bu gün, saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest