Futbol üzrə İspaniya 2-ci liqasında 5-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Saraqosa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
5 turdan sonra cəmi 1 xalı olan "Albasete" 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest