"İlk səbətdən qrupumuza Azərbaycan düşdü. Bu komandanı münasib rəqib saymaq olar. Ancaq oyunlar onların meydanında keçiriləcək".

"Maraqlı və əyləncəli qrupa düşmüşük". Matç.az saytı xəbər verir ki, bunu futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki deyib.

O, yerli mətbuata açıqlamasında Dç-2020-nin püşkatmasını dəyərləndirib. Əsas mərhələdə Azərbaycan millisi ilə 3-cü qrupda qərarlaşan slovakiyalıların hədəfi mundiala yollanmaqdı. Berki yığmamızın keçilməz olmadığını düşünür: "İlk səbətdən qrupumuza Azərbaycan düşdü. Bu komandanı münasib rəqib saymaq olar. Ancaq oyunlar onların meydanında keçiriləcək. İlkin mərhələdə H qrupunu yüksəlişdə olan Finlandiyanın qazanacağını düşünürəm. Onlarla oyunumuz maraqlı olacaq. G qrupunda isə Hollandiyanın birinci yeri tutacağını proqnozlaşdırıram. Bizə də digər 3 komandadan biri düşəcək. Hədəfimiz dəyişməz olaraq qalır - dünya çempionatına yollanmaq".

Qeyd edək ki, əsas mərhələnin 3-cü qrupunda Azərbaycan və Slovakiya ilə yanaşı, ilk mərhələdə H qrupunun (Finlandiya, Moldova, Uels, Şimali İrlandiya) birincisi və G qrupunun (Hollandiya, Monteneqro, Bolqarıstan, Estoniya) ikincisi mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest