"Rəqiblərin hücumlarını yaxşı qarşılayırıq. Qələbələr komandanın əhval-ruhiyyəsini artırır. Azərbaycanla matça yaxşı qoşulduq, uğurlu başlanğıcla qol da vurduq"

"Azərbaycanla görüşdə də qol buraxmadan qələbə qazandıq. Bu, bizə xüsusi motivasiya verir".

Matc.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının qapıçısı Milan Miyatoviç Millətlər Liqasının qrup mərhələsində Azərbaycan üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib. O, kolektiv oyunun komandalarına yaxşı nəticə verdiyini bildirib:

"Rəqiblərin hücumlarını yaxşı qarşılayırıq. Qələbələr komandanın əhval-ruhiyyəsini artırır. Azərbaycanla matça yaxşı qoşulduq, uğurlu başlanğıcla qol da vurduq. Qol buraxmadan qazanılan qələbə futbolçuda inamı artırır. Ancaq bizim üçün final oyunu Lüksemburqa qarşı olacaq. Onlar güclü rəqib olduqlarını ilk görüşdə sübut ediblər".

Miyatoviç hədəflərinin qrupu xal itirmədən tamamlamaq olduğunu əlavə edib: "Azərbaycan qapımıza bir dəfə də olsun zərbə vura bilmədi. Bu da kifayət qədər yaxşı oynadığımızı göstərir. Əgər meydançanın durumu yaxşı olsaydı, daha çox qol vurardıq. İnanıram ki, qrupu 6 qələbə ilə başa vurarıq, üstəlik, qol buraxmadan".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest