Klublararası dünya çempionatına start verilib. Matç.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutan turnirin açılış oyununda 1/4 finalçının adına aydınlıq gəlib.

Yerli komanda "Əl-Ain" Yeni Zelandiya təmsilçisi "Vellinqton"la qarşılaşıb. Qonaq komanda birinci hissədə 3 top fərqi ilə önə keçsə də, bu üstünlüyü qoruya bilməyib. Görüş 3:3 hesabı ilə nəticələnib və "Əl-Ain" penaltilər seriyasında rəqibini üstələyib. Bu qələbə sayəsində BƏƏ təmsilçisi 1/4 finalda Tunisin "Esperans" klubuna rəqib olub. Mərhələnin digər cütlüyündə isə "Kaşima Antlers" (Yaponiya) "Qvadalaxara" (Meksika) ilə qarşılaşacaq. Hər iki oyun dekabrın 15-də keçiriləcək.

Qeyd edək ki, "River Pleyt" (Argentina) və "Real" (İspaniya) yarımfinalda bu cütlüklərin qaliblərini gözləyir.

 

Klublararası dünya çempionatı

Pley-off matçı

"Əl-Ain" (BƏƏ) - "Vellinqton" (Yeni Zelandiya) - 3:3

Şiotani, 45, Dumbiya, 49, Berq, 85 - Barsia, 11, Klapam, 15, İliç, 44

Penaltilər seriyası - 4:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest