"Avropa Liqasından da məmnunuq. Ancaq koronavirus üzündən yaranan maliyyə problemləri UEFA-dan gələn gəlirlə həll olunmur"

"Qrup mərhələsinə vəsiqə qazandığımız üçün çox qürurluyuq".

Matc.az xəbər verir ki, bu sözləri Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Makkabi" (Təl-Əviv) klubunun baş direktoru Şaron Tamm deyib.

O, çempionlar Liqası qrup mərhələsinə düşməyin daha yaxşı olduğunu bildirib: "Avropa Liqasından da məmnunuq. Ancaq koronavirus üzündən yaranan maliyyə problemləri UEFA-dan gələn gəlirlə həll olunmur. Dövlətin də yardımı problemlərimizin bir qismini düzəldəcək. ümid edirəm ki, komandamız qrupdan çıxar, bunun sayəsində həm yolumuza davam edərik, həm də qazancımızı artırarıq".

Qeyd edək ki, I qrupunda yer alan "Makkabi" ilk oyununu oktyabrın 22-də Təl-Əvivdə "Qarabağ"a qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest