Futbol üzrə Kipr yığmasının hücumçusu Pieros Sotiriu UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Albaniyada baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Məyus olmaq üçün vaxt yoxdur. Sabahkı matç hər mənada çox çətin olacaq. Komanda olaraq daha çox çalışmalıyıq. Başımızı qaldırmalı və sabahkı görüşdə əlimizdən gələni etməliyik".
 
Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest