"Real" klubunun baş məşqçisi Zinəddin Zidan "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın heyətə qatılmasında israrlıdır. Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Məlumata görə, rəhbərlik futbolçunun agenti ilə təmaslarını davam etdirir. Fransalı oyunçunun Madriddə oynamağa müsbət yanaşa biləcəyi vurğulanıb. Buna səbəb Poqbanın "qırmızı şeytanlar"da xoşbəxt olmamasıdır. 

Yarımmüdafiəçinin Mançester təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var. O, ötən mövsüm Premyer Liqada 16 oyunda iştirak edib və 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest