"Yaxşı mübarizə aparırıq. Daha fərqli nəticə olmalı idi. Bacara bilməsək də, sona qədər oynayacağıq"

"Oyuna yaxşı başlamışdıq. İstədiyimiz qolu biz vursaq da, daha diqqətli olmalı idik".

Matc.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda evdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib. O, artıq pley-offa yüksəlmək şanslarının özlərindən asılı olmadığı üçün təəssüfləndiyini bildirib:

"Yaxşı mübarizə aparırıq. Daha fərqli nəticə olmalı idi. Bacara bilməsək də, sona qədər oynayacağıq. Bundan sonra Azərbaycan və Kipr görüşlərini qazanıb, Lüksemburqun xal itirməsini gözləyəcəyik".

Qeyd edək ki, bu məğlubiyyətdən sonra Monteneqro millisi liderliyi əldən verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest