Braziliya  Dç-2022-nin seçmə mərhələsində Peru yığmasına  4:2 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu Neymar bu qarşılaşmada het-trik edib və millidəki qollarının sayını 64-ə çatdırıb. O, eyni zamanda əfsanəvi hücumçu Luis Nazario Ronaldonu qabaqlayıb. Sabiq forvardın aktivində 62 qol var idi.  Millinin ən çox fərqlənən futbolçusu isə Peledir - 77 qol.

Qeyd edək ki, eyni qrupda qərarlaşan Braziliya və Argentinanın 6 xalı var.  Peru isə 1 xalla sonuncu pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest