"Hadisə barəsində detalları bilmirik. Siyasi mövzulara daxil olmaq niyyətimiz yoxdur. Bizim üçün yeni bir durumdur". Matc.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksandr çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında deyib. O, vəziyyəti hələlik izlədiklərini bildirib:
 
"Mövcud durumun AVRO-2020-nin keçilməsinə necə təsir edəcəyini bilmirik. Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".
 
Qeyd edək ki, AVRO-2020-nin gələn il 11 iyun - 11 iyul tarixlərində keçirilməsi  planlaşdırılır. Görüşlər Bakı da daxil olmaqla, Avropanın 12 şəhərində baş tutmalıdır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest