İspaniyanın "Vilyarreal" klubunun futbolçusu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, komandanın müdafiəçisi Sofian çakladanın testi müsbət cavab verib.

27 yaşlı oyunçu ölkəsi Mərakeşə yollanıb. O, tam sağaldıqdan sonra yenidən İspaniyaya qayıdacaq.

Qeyd edək ki, "Vilyarreal" Avropa Liqasının I qrupunda "Qarabağ"la bir mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest