Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov bu gün məhkəmədə ifadə verib. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu "Eybar"da çıxış edərkən komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.

İsrafilov ünvanına yönələn ittihamları rədd edib. O, videonu yaymadığını, görən kimi sildiyini bildirib. Yığmamızın üzvü məsələ ilə heç bir əlaqəsinin olmadığını da sözlərinə əlavə edib.

Maraqlıdır ki, Eddinin sabiq komanda yoldaşları Enriç və Luna onu günahlandırıblar. Onlar videonun İsrafilovun yaydığını iddia ediblər.

Qeyd edək ki, Eddinin günahı sübuta yetirilərsə, 3 ilədək azadlıqdan məhrum oluna bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest